
Kür çayında yeniyetmə qız batıb.
"Report"un məlumatına görə, hadisə çayın Samux rayonundan keçən hissəsində qeydə alınıb.
Gəncə şəhərinin Məhsəti qəsəbə sakini, 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova çayın Yenikənd ərazisindən keçən hissəsində batıb.
Hazırda Fövqaladə Hallar Nazirliyinin Sularda Xilasetmə Dövlət Xitmətinin əməkdaşları tərəfindən yeniyetmənin axtarışları davam edir.
Fakta bağlı araşdırma aparılır.