İktin düşən Aişə Məmmədli ilə Famil Qulami tapılıb.
Bu barədə "Qafqazino"ya Tamilla Qulaminin özü məlumat verib. O, hazırda uşaqları görmək üçün 28-ci Polis Bölməsinə getdiyini bildirib.
**20:51
Daxili İşlər Nazirliyi "Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlunun yoxa çıxması ilə bağlı açıqlama verib.
Nazirliyin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulaminin yoxa çıxması barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bolməsinə məlumat daxil olub.
Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
**20:04
"Ümid" partiyasının sədri İqbal Ağazadənin müavini Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulami itkin düşüb.
Bu barədə "Qafqazinfo"ya Tamilla Qulaminin özü məlumat verib.
Onun sözlərinə görə, uşaqlar bu gün günorta saatlarında metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı parka gediblər. Daha sonra onların telefonuna zəng çatmayıb. Evdən çıxarkən Aişə qara idman geyimində, Famil isə boz köynək və şalvarda olub.
Onları görənlərdən yaxınlıqdakı polis bölməsinə xəbər vermələri və ya 055 321 02 04 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Hadisə ilə bağlı polisə məlumat verilib.