Ağcabədidə xaricdə yaşayanlara saxta COVİD-19 pasportu satırlarmış... - CİNAYƏT İŞİ AÇILDI

“Ağcabədi rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsinin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılıb.
 
Senzor.az prokurorluğa istinadən bildirir ki, araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə “COVİD-19” əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyən edilib.
 
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.