Lənkəran sakinindən 36 kq narkotik götürüldü FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb. Ondan əlavə olaraq 4 kiloqramdan artıq narkotik vasitə də aşkarlanıb.
 
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən bildirir ki, ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tütəpeştə kənd sakini Namik Qurbanov saxlanılıb.
 
Şəxsi axtarış zamanı ondan 47 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.
 
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq N.Qurbanovun yaşadığı evin həyətindəki yardımçı tikilidən 4 kiloqram 440 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
 
Bundan əlavə həmin şəxsin yaşadığı həyətdə əkərək kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 31 kiloqramdan artıq olan 29 ədəd narkotik xassəli çətənə kolu da aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.