
Fransada yuxarı sinif şagirdlərinin ölkə üzrə keçirilən nümayişləri zamanı baş verən insidentlər nəticəsində 164 nəfər xəsarət alıb.
Bunu Fransanın milli təhsil naziri Eduard Jefre “RTL” radiosuna açıqlamasında deyib.
Nazirin sözlərinə görə, xəsarət alanlar arasında həm şagirdlər, həm də təhsil müəssisələrinin əməkdaşları var.
Qeyd edək ki, Fransada məktəblilərin etirazları son günlər ölkənin müxtəlif bölgələrinə yayılıb. Etirazlar zamanı bəzi məktəblərin girişləri bağlanıb, bir sıra yerlərdə polis və nümayişçilər arasında toqquşmalar baş verib.