
Bu gün Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə reaktiv dron hücumları zamanı ölkənin Milli Elmlər Akademiyasının binasına da zərbələr endirilib.
Bu barədə UNİAN məlumat yayıb. 
Məlumata görə, hücumdan sonra binanın damında və yuxarı mərtəbələrində güclü yanğın baş verib.
Hücum nəticəsində iki akademik həlak olub, bir neçə əməkdaş isə yaralanıb.