Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasını istəmir

Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik postuna iddialı olsa da, Avropa İttifaqı Tbilisinin namizədliyinin əleyhinə çıxış edir.

 

Bu barədə Brüsseldə fəaliyyət göstərən “Rapporteur” portalı məlumat yayıb.

 

Gürcüstan xarici işlər naziri Maka Boçorişvilinin sözlərinə görə, Tbilisi sədrliyə maraq göstərir və təşkilata üzv olan bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırdır. Amma Avropa İttifaqı buna qarşı çıxır. Aİ-nin rəsmi nümayəndəsi Kristian Viqand isə Brüsselin Kiprin namizədliyini dəstəklədiyini və alternativ namizədlərin müzakirə edilmədiyini təsdiqləyib.

 

ATƏT-ə 2027-ci ildə hansı ölkənin sədrlik edəcəyi məsələsi dalana dirənib. Kipr yeganə rəsmi namizəddir, amma Türkiyə onun namizədliyinin irəli sürülməsini bloklayır. Bu isə Gürcüstana özünü alternativ namizəd kimi təqdim etmək imkanı verir. Nəşrin məlumatına görə, xüsusilə Baltikyanı ölkələr – Litva, Latviya və Estoniya Gürcüstanın namizədliyinə qarşıdır.

 

ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 3-4-də Luqanoda keçiriləcək.(“Teleqraf”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.