Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun (COEST) nümayəndə heyəti Ermənistana səfərindən sonra Azərbaycana səfər etməyi planlaşdırır.

 

Bu barədə "Report" Avropa təsisatlarındakı mənbələrinə istinadən xəbər yayıb.

 

Mənbələrin sözlərinə görə, nümayəndə heyətinin səfəri Aİ-Azərbaycan münasibətlərini və regional məsələləri müzakirə etmək məqsədi daşıyır və Aİ-nin regiondakı tərəfdaşlarla müntəzəm dialoq və əməkdaşlığının bir hissəsidir.

 

Ötən gün COEST nümayəndə heyəti Ermənistana səfər edib və hökumət nümayəndələri ilə görüşlər keçirib. Xüsusilə Ermənistan və Aİ arasında münasibətlərin gündəliyi, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi, Strateji Tərəfdaşlıq Gündəliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və nəqliyyat bağlantısının inkişafı müzakirə olunub.

 

Ermənistan tərəfi, həmçinin nümayəndə heyətinə Ermənistanla Azərbaycan arasında sülhün institutlaşdırılması üzrə addımları və Cənubi Qafqazda sülhün bərqərar olması ilə əlaqədar yaranmış regional əməkdaşlıq imkanlarını təqdim edib.

 

COEST Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri, o cümlədən Ermənistan və Azərbaycanla münasibətlər üzrə fəaliyyətini hazırlayır və əlaqələndirir, habelə bu dövlətlərlə bağlı siyasi məsələlər üzrə Şuranın mövqelərini hazırlayır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.