Putin Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq NAĞD RUBL İXRACINA QADAĞA QOYDU
VİDEO

Rusiya Prezidenti Vladimir Putin ölkədən Azərbaycana və bir sıra digər dövlətlərə nağd rus valyutasının ixracına məhdudiyyətləri nəzərdə tutan fərman imzalayıb.

 

Senzor.az bildirir ki, sənədə əsasən, fiziki şəxslərə Rusiyadan Azərbaycan Respublikasına, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə, Tacikistana və Özbəkistana 1 milyon rubldan artıq məbləğdə nağd rubl ixracı qadağan edilir.

 

Bununla belə, fərmanda istisnalar da nəzərdə tutulur. Xüsusilə, fiziki şəxslər ixrac edilən nağd Rusiya valyutasının bütün məbləği üçün bank çıxarışları olduqda RF-nin beynəlxalq hava limanlarında hava keçid məntəqələri vasitəsilə 1 milyon rubldan çox məbləğdə ixrac edə biləcəklər. Çıxarışlar müəyyən edilmiş qaydada təsdiqlənməlidir.

 

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün məbləğindən asılı olmayaraq, həmçinin sənəddə nəzərdə tutulmuş istisnalarla bu dövlətlərə nağd rublun ixracına qadağa qoyulur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.