Ərdoğan müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirdi: "KİMSƏ BİZİ BAŞQALARI İLƏ QARIŞDIRMASIN"
VİDEO

"İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna, malına və mülkünə əl uzadırsa, qarşısında bizi, dövləti görəcək".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Ədalət və İnkişaf Partiyası sədrinin müavini Fatma Betül Sayan Kaya ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

"Kimsə bizi başqaları ilə qarışdırmasın. Heç kim bizi milyardlarla lirəlik korrupsiya hallarını müdafiə etmək üçün meydan-meydan, şəhər-şəhər gəzənlərlə müqayisə etməsin. Biz onlara bənzəmərik. Bizim qırmızı xəttimiz əziz millətimizdir. Söhbət millətimizdən gedəndə mövqeyimiz bəllidir. Biz nə haqq yeyərik, nə də vətəndaşın haqqının tapdalanmasına göz yumarıq.

 

Heç vaxt başqaları kimi haqq yeyənləri müdafiə etmək yoluna getmərik. Aramızdakı fərq məhz budur. Söhbət insanımızın rahatlığından, 86 milyon insanın iqtisadi təhlükəsizliyindən, rifahından və inkişafından gedirsə, bu məsələdə zərrə qədər tərəddüd göstərmərik", - deyə o əlavə edib (Bax:https://www.youtube.com/shorts/w3lsl0LYV_U).

 

Qeyd edək ki, Türkiyənin hakim AK Partiyasının keçmiş sədr müavini və keçmiş nazir Fatma Betül Sayan Kaya və həyat yoldaşı maliyyə bazarlarında (birjada) manipulyasiya və qanunsuz fond əməliyyatları etməkdə ittiham olunurlar. İddialara görə, cütlük daxili məlumatlardan istifadə edərək (insider trading) birjada 163 milyon lirəlik investisiya qarşılığında 2 milyard lirədən çox gəlir əldə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.