
Mərakeş Kralı VI Məhəmməd 50 yaşlı Fatimə əl-Mənsurini hökumət başçısı təyin edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kral sarayının bəyanatında belə deyilir.
Qeyd olunub ki, o, krallıq tarixində bu vəzifəni tutan ilk qadındır. Təyinatından əvvəl həm də Mərakeşin meri vəzifəsini tutan Mənsuriyə yeni hökuməti formalaşdırmaq tapşırılıb.
Onun hökumətinin 2030-cu il futbol üzrə dünya çempionatı ilə bağlı layihələrə milyardlarla dollar investisiya yatıracağı, eyni zamanda, inflyasiya ilə mübarizə, əməkhaqqının artırılması və yeni iş yerlərinin yaradılması ilə bağlı vədləri yerinə yetirəcəyi gözlənilir.