Hindistanda daşqınlar və torpaq sürüşməsi: AZI 81 NƏFƏR ÖLÜB
VİDEO

Sentyabrın 28-də Hindistanın Uttar-Pradeş ştatının bəzi hissələrində, o cümlədən paytaxt Laxnauda güclü daşqın və torpaq sürüşməsi nəticəsində məktəblər bağlanıb. Xilasetmə qrupları insanları daşqın zonalarından daha təhlükəsiz yerlərə köçürüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, rəsmilərin bazar ertəsi verdiyi məlumata görə, Hindistanın şimalındakı Uttar-Pradeş ştatında günlərlə davam edən güclü yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 68-dən 81-ə yüksəlib.

 

Ştat hökuməti bildirib ki, üç gün davam edən güclü yağışların bir neçə rayonda daşqınlara səbəb olması nəticəsində 46 nəfər xəsarət alıb, 1000-dən çox evə isə ziyan dəyib. Sakinlərə su altında qalmış ərazilərdə lazımsız hərəkətdən çəkinmək, həmçinin sürətli axını olan çaylardan, arxlardan və su kanallarından uzaq durmaq tövsiyə olunub.

 

Rəsmilərin məlumatına görə, daşqınlar şərqdəki Odişa ştatına da təsir edib və burada 75 mindən çox insan daha təhlükəsiz ərazilərə təxliyə olunub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.