
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının keçmiş komandiri Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan 48 milyard dollar təzminat tələb edir.
“Teleqraf” xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminin sözçüsü Əli Kazımi bildirib.
O qeyd edib ki, ABŞ hökuməti Qasım Süleymani işi üzrə 48 milyard dollar ödəməyə məhkum edilib və iş üzrə qərar hazırda icra mərhələsindədir: “İttiham aktı verilib və iş məhkəmədə araşdırılma mərhələsindədir”.
Kazımi əlavə edib ki, işin cinayət hissəsi üzrə 73 nəfər barəsində araşdırma da aparılır.