ABŞ İraqı tərk etdi - 23 İL SONRA
VİDEO

ABŞ hərbçiləri 23 ildən artıq davam edən hərbi mövcudluğa son qoyaraq İraqdakı son bazalarını tərk ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.

 

ABŞ qüvvələrinin İraqdan çıxması ölkənin təhlükəsizlik imkanları ilə bağlı narahatlıqları artırıb. Bəzi iraqlılar və ekspertlər hesab edirlər ki, ABŞ qüvvələrinin getməsi ölkədə təhlükəsizlik boşluğu yarada, İrana bağlı şiə silahlı qruplarının mövqelərini gücləndirə və yenidən güclənməkdə olan İŞİD-ə toparlanmaq üçün imkan verə bilər.

 

ABŞ-ın İraqdan çıxması 2024-cü ildə prezident Co Baydenin administrasiyası dövründə əldə olunan razılaşma əsasında həyata keçirilir. Proses Donald Tramp administrasiyası tərəfindən tamamlanır. Bu, 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi qüvvələrin Səddam Hüseyn hakimiyyətini devirməsindən 23 il sonra baş verir. Sonrakı illərdə İraqda uzunmüddətli qarşıdurmalar və xaos yaşanıb, nəticədə İŞİD kimi silahlı qruplaşmalar güclənib. ABŞ qüvvələrinin ölkədən çıxması İranda və onun İraqdakı müttəfiqləri tərəfindən qələbə kimi qiymətləndirilir.

 

 ABŞ-ın İraqdan çıxması ölkədə ümumilikdə müsbət qarşılanır. Bununla belə, ABŞ tərəfindən maliyyələşdirilən və təlim keçən İraq təhlükəsizlik qüvvələrinin ölkəni tam şəkildə qorumaq imkanları ilə bağlı narahatlıqlar qalır. İraq müharibəsi və sonrakı hərbi əməliyyatlar zamanı 20 ildən artıq müddətdə 4 500 ABŞ hərbçisi həyatını itirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.