
İran İslam Respublikası yeni iqtisadi plan hazırlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədilə ölkənin həyati damarlarını kəsmək olub", - o bildirib.
Pezeşkianın sözlərinə görə Tehrana qarşı iqtisadi təzyiq artıb: "Lakin Allahın lütfü, xalqın həmrəyliyi və hökumətdəki həmkarlarımızın tədbirləri ilə düşmənin iqtisadi müharibədəki hədəflərinin gerçəkləşməsinə imkan verməmişik".
İranın yeni iqtisadi planının təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, ABŞ hökuməti İrana qarşı "İqtisadi təcrid" əməliyyatı həyata keçirir. Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent təxminən ay yarım əvvəl bu əməliyyatı “sübhdən iqtisadi "D Günü"nə keçid - düşmənə qarşı indiyədək həyata keçirilmiş tarixdəki ən böyük maliyyə hücumu” adlandırmış və “Biz bu rejimi çökdürəcəyik” demişdi.