
İspaniyanın Baş naziri Pedro Sançes noyabrın 29-da növbədənkənar parlament seçkiləri təyin edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İspaniya lideri bu barədə mətbuat konfransında açıqlama verib.
“Bu səhər Nazirlər Şurasının fövqəladə iclasını çağırmaq qərarına gəldim. Qərara əsasən, parlament buraxılır və qanuni müddətə uyğun olaraq noyabrın 29-da seçkilər təyin edilir”, - Sançes bildirib.
“Euronews” telekanalının yaydığı məlumata görə, qərar hökumətin mənzil böhranı ilə bağlı hazırladığı iki qanun layihəsinin Konqres tərəfindən rədd edilməsindən sonra qəbul olunub.