ABŞ Prezidentinə İranla bağlı verilən kəşfiyyat məlumatlarında ziddiyyətlər var
VİDEO

ABŞ Prezidenti Donald Tramp İranla bağlı məzmun baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən iki kəşfiyyat hesabatı toplusu aldığını bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Amerika lideri bu barədə Miçiqan ştatına yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərə açıqlama verib.

 

"İki tamamilə fərqli kəşfiyyat hesabatı toplusu var. Hər ikisi məndədir və onlar bir-birindən çox ciddi şəkildə fərqlənir", - Tramp bildirib.

 

Bundan əvvəl ABŞ mediası Milli Kəşfiyyat Direktorunun müavini Cey Kleytonun xidməti qeydinə istinadən Tehranın həm Yaxın Şərqdə, həm də onun hüdudlarından kənarda Amerika vətəndaşlarına qarşı sui-qəsd cəhdlərini təşkil etmək səylərini gücləndirdiyini yazıb.

 

"Məndə başqa hesabatlar da var, lakin hazırda onların məzmunu barədə danışmayacağam. Bildiyiniz kimi, İranla bağlı işlərimiz yaxşı gedir. İran haqqında çox yaxşı kəşfiyyat məlumatlarımız var. Onların bəziləri məxfilikdən çıxarılıb, digərləri isə yox", - ABŞ Prezidenti əlavə edib.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.