Vuçiç seçkidə məğlubiyyətini etiraf etdi
VİDEO

Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç liderlik etdiyi "Aleksandar Vuçiç – Birləşmiş Serbiya" seçki siyahısının keçirilən növbədənkənar parlament seçkilərində məğlub olduğunu bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Vuçiç Serb Tərəqqi Partiyasının seçki qərargahında çıxışı zamanı yekun nəticələrin hələ məlum olmadığını, lakin mövcud məlumatlara əsasən, seçkiləri uduzduqlarının aydın olduğunu deyib.

 

O qeyd edib ki, "Tələbə siyahısı"nın 135–140, özünün rəhbərlik etdiyi siyahının isə təxminən 105 mandat qazanacağı gözlənilir.

 

"Yekun nəticələrimiz yoxdur. Çoxları təəccüblənəcək və bəzilərinin nə qədər yalan danışdığını, nələr uydurduğunu anlayacaqsınız. Bildirmək istəyirəm ki, tələbə-blokada tərəfdarlarının siyahısı qalib gəlib. Onlar 135–140 mandat, biz isə təxminən 105 mandat əldə edəcəyik", – Vuçiç qeyd edib.

 

O əlavə edib ki, Voevodina Macarlarının İttifaqı da parlamentdə təmsil olunacaq.

 

Vuçiç bundan sonra mübarizəni davam etdirəcəklərinin və müxalifətin kim olduğunu göstərəcəklərinin anonsunu da verib.

 


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.