
Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanla Avropa Parlamentinin sədri Roberta Metsola arasında görüş keçirilib.
Senzor.az bildirir ki, Metsola görüşdə Ermənistan-Avropa İttifaqı münasibətlərinin ardıcıl inkişafı naminə ikitərəfli fəal dialoqun vacibliyini vurğulayıb.
O qeyd edib ki, Avropa Parlamenti ikitərəfli gündəliyin səmərəli şəkildə irəli aparılması məqsədilə Ermənistanla sıx əməkdaşlığı davam etdirəcək.
Paşinyan isə zəngin ikitərəfli gündəliyin və son vaxtlar keçirilmiş bir sıra yüksək səviyyəli tədbirlərin münasibətlərin möhkəmliyinin göstəricisi olduğunu bildirib.
Görüşdə Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyinə dair məsələlər müzakirə olunub. Həmçinin regional proseslərə və bölgədə nəqliyyat əlaqələrinin təmin edilməsinə yönəlmiş addımlara toxunulub. 
Daha sonra hədiyyə mübadiləsi mərasimi keçirilib. Mərasim çərçivəsində Paşinyan Metsolaya Avropa Parlamentinə hədiyyə edilmiş “Kök yazısı - dialoqun gücü” adlı erməni əlifbası xatirə abidəsinin kiçik maketini təqdim edib. Roberta Metsola isə Nikol Paşinyana Avropa Parlamentinin bürünc xatirə medalını hədiyyə edib.
Roberta Metsola bununla bağlı X sosial şəbəkəsində paylaşım da edib.