Lukaşenko: Belarus Avropa İttifaqına keçən qanunsuz miqrantları dayandırmayacaq
VİDEO

“Minsk sanksiyalar şəraitində Belarus ərazisindən Avropa İttifaqına üz tutan qanunsuz miqrantları dayandırmayacaq”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

“Açıq şəkildə söyləmişəm: siz məni sanksiyalarla boğursunuz, boynuma kəndir keçirirsiniz, amma mən gedib kimisə tutmalı, sizi müdafiə etməliyəm? Sanksiyalardan əvvəl belə edirdik. Siz sanksiyalar tətbiq etdiniz, bizi boğmağa başladınız, indi isə istəyirsiniz ki, mən əvvəlki siyasəti davam etdirim? Bu suala açıq cavabım belədir: biz heç kimi dayandırmayacağıq”, - Lukaşenko bildirib.

 

Belarus lideri xatırladıb ki, miqrantlar Avropa ölkələrinin dəvəti ilə Avropa İttifaqına üz tuturlar: “Üstəlik, onları özünüz dəvət etmisiniz. İşçi qüvvəniz çatışmır, insan resurslarınız kifayət etmir. İnsanlar sizin çağırışınızla ölkələrinizə gəlirlər. Elə isə onları qəbul edin və onlar üçün insani şərait yaradın”.(Bax: https://www.youtube.com/shorts/nmm3aG14Fp0)

 



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.