ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı da dayandırıb - ZELENSKİ TƏSDİQLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın əvvəlki razılaşmalar çərçivəsində Kiyevə ayırmalı olduğu 16 milyard dollar məbləğində yardımı dayandırdığını bildirib.

 

Zelenski bu barədə “TSN” telekanalına müsahibəsi zamanı danışıb.

 

O bildirib ki, Ukrayna əvvəlki razılaşmalar və qərarlar əsasında nəzərdə tutulan vəsaitin alınması üçün mübarizə aparmalıdır.

 

Prezident ABŞ-ın göstərdiyi dəstəyə görə minnətdar olduqlarını, lakin ayrılması dayandırılan vəsaitin əldə olunması istiqamətində Vaşinqtonla danışıqları davam etdirəcəklərini vurğulayıb.

 

Zelenskinin sözlərinə görə, ABŞ-da siyasi qüvvələrin yenidən bölüşdürülməsi fonunda Vaşinqtonla dialoqu düzgün qurmaq və həm demokratların, həm də respublikaçıların dəstəyini qorumaq vacibdir.

 

O, bunun Ukraynanın əlavə yardım əldə etmək imkanlarını artıra biləcəyini bildirib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.