Tramp tezliklə Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacağının ANONSUNU VERDİ
VİDEO

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh sazişinin “çox yaxın” olduğunu və bu anlaşmanın təkcə Ukrayna ilə məhdudlaşmayıb bütün Avropa regionunu əhatə edə biləcəyini bəyan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, Rusiya Prezidentinin nümayəndəsi Kirill Dmitriyevlə görüşdüyünü təsdiqləyib.

 

Qeyd olunub ki, bu təmas birinci xanım Melaniya Trampın vasitəçiliyi ilə Ukraynanın Oleşki şəhərində əldə edilmiş lokal atəşkəs razılaşmasını qeyd etmək məqsədilə təşkil olunub. Sülh danışıqlarının detallarını tam açıqlamayan ABŞ dövlət başçısı gözlənilən sazişin miqyasının böyük olacağını vurğulayıb.

 

Mülki şəxslərə hücumlar və müharibənin gedişatı ilə bağlı məsələyə toxunan Tramp hər iki tərəfin itkilər verdiyini bildirib: “Mən bu məsələni həmişə gündəmə gətirirəm. Bu, qanlı bir qırğındır və buna son qoyulmalıdır. Düşünürəm ki, biz müharibəni tezliklə, bəlkə də, çox tezliklə dayandıra biləcəyik”.(Bax: https://www.youtube.com/watch?v=u3wADrrOuWg)



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.