Türkiyə parlamenti Məkkə sazişini ratifikasiya etdi - VİDEO

Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış birgə müdafiə haqqında Məkkə sazişini ratifikasiya edib.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, 600 yerlik parlamentdə keçirilən səsvermədə 279 deputat sənədin lehinə, 119 deputat isə əleyhinə səs verib.

 

Sazişin ratifikasiyası haqqında qanun layihəsi parlamentə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunub. Türkiyə qanunvericiliyinə əsasən, beynəlxalq müqavilələr parlamentin təsdiqindən keçməlidir. Xaricə hərbi kontingentin göndərilməsi üçün də parlamentin müvafiq icazəsi tələb olunur.

 

Qeyd edək ki, Məkkə sazişi avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.

 

Oktyabrın 5-də sazişin iştirakçıları birgə müdafiə öhdəliklərinin praktiki icrasına başlamaq, razılaşdırılmış hərbi qüvvə və vasitələrin Səudiyyə Ərəbistanında yerləşdirilməsi istiqamətində tədbirlər görmək barədə qərar qəbul ediblər.Bax: https://www.youtube.com/watch?v=i66WsM_0JCg)

 [media=https://www.youtube.com/watch?v=i66WsM_0JCg]




Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.