
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İranın Ali lideri ayətullah Müctəba Xameneinin məktubunu Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məktub Moskvada keçirilən görüş zamanı Rzayi tərəfindən Putinə təqdim edilib. Görüşün detalları və məktubun məzmunu hələlik açıqlanmayıb.
Bir neçə gün əvvəl Putin və Rezainin telefon danışığı apardıqları bildirilmişdi. Tərəflər söhbət zamanı regionda və dünyada mövcud vəziyyəti, xüsusilə də Qərbi Asiyadakı prosesləri müzakirə etmişdilər.
Telefon danışığı zamanı Putinin və digər Rusiya rəsmilərinin İran xalqına dəstək ifadə edən mövqeyinə görə təşəkkür bildirilmişdi.