Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırdı - VİDEO

Avropa İttifaqı (Aİ) Ukraynaya “Ukraine Facility” proqramı çərçivəsində təxminən 8 milyard avro həcmində maliyyə yardımının ayrılmasını təsdiqləyib.

 

Senzor.az Aİ Şurasının rəsmi saytına istinadən bildirir ki, bu proqramın fəaliyyətə başlamasından bəri Kiyevə ayrılan ən böyük birdəfəlik ödənişdir.

 

Qeyd edilib ki, ayrılacaq vəsaitin təxminən 5 milyard avrosu 2026-cı il üçün nəzərdə tutulan “Ukraine Support Loan” proqramından təmin ediləcək.

 

Aİ Şurasının məlumatına görə, maliyyə vəsaitinin köçürülməsi Ukraynanın “Ukrayna Planı” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır. Həmin plan ölkənin bərpası, yenidən qurulması və modernləşdirilməsi strategiyasını, eləcə də islahatların həyata keçirilməsi qrafikini müəyyən edir.(Bax:https://www.youtube.com/shorts/LootuE5U2cE)

 

Xatırladaq ki, “Ukraine Facility” proqramı 2024-cü il martın 1-də qüvvəyə minib. Proqram 2024–2027-ci illərdə Ukraynaya bərpa, yenidənqurma və modernləşmə məqsədilə qrant və kreditlər şəklində 50 milyard avrodan çox maliyyə dəstəyi göstərilməsini nəzərdə tutur.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.