Britaniyanın Baş naziri ölkəsini Avropa İttifaqına qaytarmaq istəyir - VİDEO

Böyük Britaniyanın Baş naziri Endi Börnhəm ölkəsinin Avropa İttifaqına (Aİ) qayıtmasının zəruri olduğuna əmindir.

 

Bu barədə "The Times" qəzeti hökumət başçısının yaxın ətrafından olan yüksəkvəzifəli rəsmi şəxsə istinadən məlumat yayıb.

 

"Onun Aİ-yə qayıtmaq istədiyi həqiqətdir. O, bu addımın zəruriliyinə dərindən inanır və ictimai rəyin də onun tərəfində olduğunu düşünür", – mənbə bildirib.

 

Qəzetin məlumatına görə, Börnhəm Böyük Britaniyanın Aİ ilə uzunmüddətli münasibətləri məsələsində Brüssellə bir il ərzində məsləhətləşmələr aparmaq niyyətindədir.

 

Bununla belə, Britaniya hökuməti ölkənin yenidən Aİ-yə üzv olmaq planları barədə rəsmi açıqlama verməyib.

 

Qeyd edək ki, Böyük Britaniya 2016-cı ilin iyununda keçirilən referendumun nəticələrinə əsasən, 2020-ci il yanvarın 31-də Aİ-dən çıxıb.(Bax: https://www.youtube.com/watch?v=RIE17EiVNUA)

 



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.