
“NATO Yaxın Şərqdən qaynaqlanan təhdidlər fonunda Türkiyənin təhlükəsizliyini təmin edə bilməyib”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Türkiyə NATO-nun mühüm üzvüdür. Amma NATO-nun Avropada yaratdığı təhlükəsizlik arxitekturası Yaxın Şərqdə təhlükəsizliyimizi təmin etməyib. Biz uzun illər Suriya və İraqdan qaynaqlanan təhdidlərlə üz-üzə qalmışıq”, - nazir vurğulayıb.
Hakan Fidan qeyd edib ki, bu cür təhdidlər yenidən ortaya çıxa bilər.
O bildirib ki, Avropanın təhlükəsizlik arxitekturası uzun illər NATO-nun mövcudluğuna əsaslanıb, amma Türkiyənin vəziyyəti Avropadan kənarda baş verən proseslərin də nəzərə alınmasını tələb edir.
Təhlükəsizlik ittifaqlarının məqsədlərindən danışan Hakan Fidan söyləyib ki, birinci vəzifə üzv ölkələr arasında qarşılıqlı hücum etməmək zəmanətlərinin möhkəmləndirilməsidir, ikincisi isə hücumlara qarşı birgə cavab verilməsidir.