
İran nüvə obyektlərinə endirilən zərbələrdən və nüvə alimlərinin öldürülməsindən sonra faktiki olaraq Nüvə Silahlarının yayılmaması haqqında Müqavilədən (NSYM) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) üzvü olmaqdan çıxıb.
Bunu TASS-a müsahibəsində İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbül Fəzl Zöhrəvənd deyib.
"Bizi həm agentlikdən, həm də NSYM-dən kənarlaşdırıblar”, – deyə o, sənədin 10-cu maddəsində nəzərdə tutulan İranın NSYM-dən çıxmaq imkanını şərh edərkən bildirib.
Deputat ölkəsinin nüvə obyektlərinə endirilən zərbələr və nüvə alimlərinin öldürülməsi yolu ilə faktiki olaraq “NSYM-dən kənara itələndiyini” qeyd edib.