İran yenidən hədəfdə: ABŞ və İSRAİLİN YENİ HÜCUM PLANI

İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hücuma başlamaq imkanını nəzərdən keçirirlər.

 

Bu barədə CBS News telekanalı vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

 

İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiyasını İranın ballistik raketlərin istehsalı üzrə potensialını nə qədər sürətlə bərpa etməsi, eləcə də Tehranın hərbi və nüvə infrastrukturunu yeraltı obyektlərə köçürməklə mümkün hücumlardan qorumaq istiqamətindəki fəaliyyətinin tempi narahat edir.

 

Trend hesab edir ki, CBS News-un məlumatı böyük ehtimalla ABŞ Prezidenti Donald Trampın İranın, kimyəvi və ya bioloji silah hazırlamağa çalışdığı barədə iddialar səsləndirməsi fonunda yayılıb. Tramp bu iddialarını təsdiqləyən heç bir sübut təqdim etməyib.

 

Bundan əvvəl, noyabrın 19-da The New York Times (NYT) qəzeti də mənbələrə istinadən yazıb ki, Tramp İrana qarşı genişmiqyaslı hərbi zərbələrin yeni seriyasını endirmək imkanını nəzərdən keçirir. Qəzetin məlumatına görə, buna səbəb yeni kəşfiyyat məlumatları və İsrailin çağırışları olub.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.