Almaniyanın müdafiə naziri:
AVROPA ÖLKƏLƏRİ MOSKVANIN DİALOQ DƏVƏTİNİ QƏBUL ETMƏLİDİRLƏR

Avropa ölkələri, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlar üçün Moskvadan dəvət alsalar, qəbul etməlidirlər.

 

"Der Spiegel" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

 

Pistorius noyabrın 20-si Varşavaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinin təklifi barədə fikirlərini bildirib.

 

"Moskvaya dəvətdən imtina etmək tamamilə yanlış siqnal olardı. Biz danışmalıyıq. Yalnız dialoq aparan kəs sonda nəticələrə nail ola bilər", - nazir deyib.

 

Pistoriusun sözlərinə görə, danışıqlarda nəticələrə nail olmaq imkanı ilk növbədə Putindən asılıdır. Putin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinlə görüşündən sonra dialoq təklifi ilə çıxış edib.

 

Nazir əlavə edib ki, əgər Putin Avropa nümayəndələrini Moskvaya dəvət edərsə, bu, alqışa layiq bir addım olacaq. Eyni zamanda Pistorius vurğulayıb ki, danışıqların əsas nəticələrindən biri atəşkəs olmalıdır.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp və Çin sədri Si Cinpinlə üçtərəfli görüşün yekunlarına dair dünənki brifinqdə çıxış edərkən Rusiya tərəfinin diplomatik kanallar vasitəsilə avropalılara onların mövqeyini müəyyənləşdirmək, daha sonra isə Ukrayna ilə dialoqun hansı formatda davam etdiriləcəyinə qərar vermək üçün Moskvaya gəlməyi təklif etdiyini bildirmişdi...



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.