Əraqçi: ABŞ İranla sülh razılaşması bağlamaq niyyətini açıq bəyan etməlidir

İran ABŞ-ı Tehranla sülh razılaşması əldə etmək niyyətini açıq şəkildə bəyan etməyə çağırıb. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. 

 

Nazirin sözlərinə görə, bundan sonra Hörmüz boğazının açılması ilə bağlı danışıqlara başlamaq mümkün olacaq. Yəni Vaşinqton razılaşma əldə etməkdə ciddi, maraqlı olduğunu nümayiş etdirməli və etimadın yaradılması istiqamətində bir sıra addımlar atmalıdır. Bu şərtlər yerinə yetirilərsə, Tehran saziş layihəsini və onun icrasını müzakirə etməyə hazırdır.

 

Əraqçi qeyd edib ki, Hörmüz boğazının açılması üçün İranın irəli sürdüyü yeddi şərt yerinə yetirilməlidir. O, bu şərtlərin icrası ilə bağlı təklifləri müzakirə etməyə, o cümlədən ekspert səviyyəsində danışıqlara başlamağa hazır olduqlarını bildirib.

 

XİN rəhbəri, həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara açıq olduğunu, lakin nüvə materiallarının ölkədən çıxarılmasına razılaşmayacağını vurğulayıb.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.