
Biləsuvar rayonunda qətl hadisəsi olub.
APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Nəsimi kəndində qeydə alınıb.
Kənd sakini, 26 yaşlı Milan Soltanlı ilə onun xalası oğlu -22 yaşlı İlkin Mehtiyev arasında mübahisə olub. İ.Mehtiyev bıçaqla M.Soltanlıya xəsarət yetirib. Ağır xəsarət alan Milan xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Əməli törətməkdə şübhəli bilinən İ.Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, qohumlar arasında mübahisə borc pula görə yaranıb.