İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində daha bir sahibkarlıq subyektinə rezident statusu verilib.
Agentlik xəbər verir ki, bu, “SADIQ 06” MMC-dir.
Son nəticədə Məhəllənin rezidentlərinin sayı 10-a çatıb.
Yeni şirkət ərazidə tütünün quruldulması və emalını həyata keçirən müəssisə inşa edəcək. İnvestisiya dəyəri 1,9 milyon manat olan müəssisədə 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur.