Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb.
Bu barədə o, özü feysbuk səhifəsində yazıb.
Partiya sədri bildirib ki, bu gün Ankaraya olan səfəri məlum qadağaya görə baş tutmayıb: "Hazırda qanunsuz olaraq ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Heydər Əliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb".
Qeyd edək ki, Anar Əsədli bir müddət öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilmişdi. Onun adı dələduzluq əməlində hallanırdı.