Şəmkirdə kişi dəm qazından boğularaq ölüb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, 1982-ci il təvəllüdlü Elbrus Abdulrəhimovun yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub ölməsi ilə bağlı məlumat daxil olub.
Dərhal RPŞ və rayon prokurorluğunun əməkdaşları həmin ünvana geliblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.