Ağdamın işğalda azad edilməsinin ildönümü ilə əlaqədar Ağdam şəhərində yürüş təşkil olunub.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Ağdam rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirə Şəhidlər xiyabanın ziyarət edilməsi ilə start verilib.
Yürüşdə millət vəkilləri, rayon ictimaiyyəti, qazilər, müharibə veteranları, Ağdam şəhərində yenidənqurma işlərinə cəlb olunan tikinti şirkətlərinin nümayəndələri iştirak edib.(APA)