Bu gün Bakı Konqres Mərkəzində Gənclər Təşkilatları Milli Şurasının XIX Hesabat-Seçki Qurultayı keçirilib, yeni sədr seçilib.
Xəbərə görə, toplantıda gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin deputatı Müşfiq Cəfərov və Gənclər Fondunun icraçı direktorun müavini Qədir Xəlilov iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himinin səsləndirilməsi və 44 günlük Vətən müharibəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra çıxış edən NAYORA-nın sədri Azər Əliyev təşkilatın fəaliyyətini dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq aləmdə layiqli təmsilçilik prinsiplərini rəhbər tutaraq qurduğunu xüsusilə qeyd edib. Həmçinin NAYORA-nın 2021-2022-ci illər üzrə fəaliyyət hesabatını təqdim edib.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclərin cəmiyyətdəki rolundan söz açıb. O, nazirliyin Milli Şura ilə birlikdə həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov isə xatırladıb ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğal altındakı torpaqlarını azad etdi: “Bu, hər birimizin qələbəsidir. Hesab edirəm ki, gənclər təşkilatları Azərbaycan reallıqlarının dünya ictiamiyyətinin diqqətinə çatdırılması ilə bağlı fəaliyyətlərini davam etdirməlidir. Gənclər təşkilatları öz fəaliyyətlərində buna xüsusi diqqət göstərməlidir”.
Rəsmi hissə başa çatdıqdan sonra XIX Hesabat-Seçki Qurultayının iştirakçılarının səsverməsi nəticəsində Azər Əliyev Milli Şuranın yeni sədri seçilib, İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzvləri və sədr müavinləri müəyyənləşib.
Yeni seçilmiş sədr müavinləri:
1. Rafael Hacıbəyli
2. Ülviyyə Axundova
İdarə Heyətinin yeni seçilmiş üzvləri:
1. Elvin Hüseynov
2. Səbinə Əliyeva
3. Samrin Xanlayev
4. Orduxan Qəhrəmanzadə
5. Ülkər Xanlarova
6. Nail Şükürov
7. Azad Mənaflı
8. Dinara Baryamlı
Mərkəzi Nəzarət-Təftiş Komissiyasının yeni seçilmiş üzvləri
1. Rəsul Quliyev
2. Əzizağa Atakişiyev
3. Hilal Rəhimli
4. Vəfa Xəlilli
5. Ramiyyə Şahgəldiyeva