Gədəbəy rayonunda atasını döyərək öldürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən bildirir ki, Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi, V.Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi, orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları müvafiq araşdırmalara başlayıblar.
İlkin araşdırmalar nəticəsində V.Cəfərovun ölümündə şübhəli bilinən oğlu, 1988-ci il təvəllüdlü Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.
Hazırda rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.