Paytaxtın Səbail rayonunda 2 yaşlı uşağın bıçaq xəsarəti alması ilə bağlı polisə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlum olub ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsindəki evlərin birində Yevlax rayon sakini, 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına bıçaqla yüngül, 2020-ci il təvəllüdlü oğluna daxilə nüfuz edən, daha sonra isə özünün boğaz nahiyəsinə xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.