Metronun "Avtovağzal" stansiyasında problem yaranıb.
Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.
"4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda problem tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir",- B.Məmmədov deyib.
O bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl də "Avtovağzal" stansiyasında oxşar problem yaranmışdı.