Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 824 168 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 909 nəfər müalicə olunaraq sağalıb, hazırda 284 aktiv xəstə var. Bu günə qədər 9 975 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 802, bu günə qədər isə ümumilikdə 7 367 419 test icra olunub.