Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Bığır kəndindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan baş redaktor vəfat edib.
APA-nın məlumatına görə, "Göyçay" qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, noyabrın 20-də Abdulla Əliyevin idarə etdiyi “Lada” markalı minik avtomobili yük maşını ilə toqquşmuşdu.
Qəza nəticəsində Abdulla Əliyev ağır, avtomobildə olan ailə üzvləri isə yüngül dərəcəli bədən xəsarətləri almışdılar.