Bu gün Güney Azərbaycanın milli fəalı, Günaz TV rəhbəri Əhməd Obalı Xudafərin körpüsünə səfər edib.
Senzor.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Əhməd Obalının işğaldan azad edilən Cəbrayıl və Zəngilana səfərinin ilk ünvanı Xudafərin körpüsü olub.
“Mən 42 il əvvəl Arazın o tayından ayrılmışam, uzun müddətdir ki, o torpaqlara gələ bilmirəm. Ancaq zaman yaxınlaşır. Xudafərin körpüsü bir xalqı ayırmaq üçün tikilməyib, Arazın o tay və bu tayındakı bir xalqı birləşdirib” - Ə.Obalı səfər təssüratlarını bölüşüb.
**15:00
Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı Zəngilan rayonunun Ağalı kəndinə səfər edib.
APA-nın xəbərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov Əhməd Obalıya Ağalı kəndində yaradılan şəraitlə bağlı ətraflı məlumat verib.
Bildirilib ki, qısa müddət ərzində Ağalının doğma sakinləri öz yurdlarına qovuşub, onların sosial rifahı üçün kənddə hər cür şərait yaradılıb.