DSX Akademiyada baş verən yanğının vurduğu ziyanı açıqladı
YENİLƏNİB

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda baş vermiş yanğın tam olaraq söndürülmüşdür. Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılmışdır. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalmış, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəymişdir.


Bu barədə Senzor.az-a DSX-dən bildirilib.


Qeyd edilib ki, yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısa qapanmanın olduğu ehtimal edilir.


**18:05

Dövlət Sərhəd Xidməti qurumun akademiyasında baş verən yanğınla bağlı məlumat yayıb.


DSX-nın Mətbuat Mərkəzindən Senzor.az-a verilən məlumatda bildirilir ki, dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş vermişdir. Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülmüş, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilmiş, əraziyə yanğınsöndürənlər cəlb edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanmışdır.


Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülmüş, yanğın qısa zamanda lokallaşdırılmışdır.


Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.


Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.