Bu gün Azərbaycan Xalq Partiyasının (AXP) növbəti 5-ci qurultayı keçirilib.
Musavat.com xəbər verir ki, qurultayda AXP sədri və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) hesabatları dinlənilib və qənaətbəxş dəyərləndirilib.
Azərbaycan Xalq Partiyasının nizamnaməsi və proqramına dəyişikliklər və əlavələr edilib. Pənah Hüseyn yenidən partiyanın sədri seçilib. Bundan başqa, İdarə Heyəti və MNTK-ya da seçkilər keçirilib.
Qurultayın işində AMİP sədri Arzuxan Əlizadə, Ağ Partiya sədri Tural Abbaslı, BAP sədrinin müavini Vüqar Qasımlı və Qarabağ Komitəsinin sədri S.Məmmədli təbrik çıxışları ediblər.