Şirvanda Kür çayında gənc qız meyiti tapılıb.
Senzor.az-ın məlumatına görə, ilkin araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Füzuli rayon sakini, 2005-ci il təvəllüdlü Mehdizadə Aysun Nuhun qızıdır.
Qeyd edək ki, bir gün əvvəl onun itkin düşdüyü barədə məlumat yayılmışdı.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.