Vüqar Qurbanov bölgələrdə həkim çatışmazlığından danışıb

"Bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması üçün iş aparılır".


Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.


Onun sözlərinə görə, bununla bağlı xaricdə təhsil almış Azərbaycan vətəndaşı olan həkimlərin ölkəyə geri qayıtması, Bakı və regionlarda əhaliyə tibbi xidmət göstərməsi üçün müvafiq addımlar atılıb.


V.Qurbanov vurğulayıb ki, bu il 60-a yaxın Türkiyə və digər xarici ölkələrdə təhsil almış azərbaycanlı həkimlər artıq Azərbaycanda fəaliyyətə başlayıb: "Bu layihə növbəti illərdə də davam edəcək. Regionlarda fəaliyyət göstərən xəstəxanaların vəziyyəti qənaətbəxşdir. Onların yeni avadanlıqlarla təmin olunması davam edir. Kadr çatışmazlığını aradan qaldırmaq üçün də işlər görülür. Bir çox xidmətlər Bakı, Sumqayıt və Gəncədə cəmləşib. Məqsədimiz bu xidmətlərin regionlarda da təqdim edilməsidir".


İcraçı direktor bildirib ki, regionlarda kordioloji mərkəzlərin qurulması ilə bağlı layihə bitmək üzrədir: "Yalnız kordioloji deyil, damar problemləri ilə bağlı bölgələr üzrə layihələr hazırlanıb. Bu xidmətlər əhalinin yaşadığı ərazilərə yaxın yerlərdə təqdim ediləcək".("Report")






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.