Dekabrın 21-də səhər saatlarında Füzuli rayonu, Fin şəhərciyi yaxınlığında iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini - 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.