“Azərbaycanın cəlb etdiyi idmançılar ölkəmizdə şərait olmadığı üçün xaricdə məşq edirlər”.
Bunu müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov bildirib.
Nazir deyib ki, Qusarda, Qəbələdə və Naxçıvanda komplekslər var.
“Düzdür, daha çox turizm məqsədi ilə istifadə olunur, ancaq həmin yerlərdə məşqlər də etmək olar. Biz müvafiq federasiya ilə danışmışıq, artıq bu işlərə başlayıblar, ilkin addımlar atılır. Mən də ilk dəfə bu il Qış Olimpiya Oyunlarında iştirak etdim. Təbii ki, həm nazir, həm bir vətəndaş kimi qış idman növlərinin Azərbaycanda inkişaf etməsini istərdim. Biz hazırda bu barədə düşünürük. Danışıqlar gedir və ola bilsin ki, yeni ilin ilk aylarında Bakıda qapalı buz meydançası istifadəyə veriləcək”, - Fərid Qayıbov qeyd edib.