Bu il ən çox göndəriş verilən əməliyyatlar - SİYAHI

Bu il 18 268 vətəndaşa ürək-damar əməliyyatı ilə bağlı göndəriş verilib.


Senzor.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.


O bildirib ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara müqaviləli tibb müəssisələrinə göndəriş verilir: "2022-ci ilin yanvar-noyabr aylarında 149 179 vətəndaşa 183 877 göndəriş verilib. Göndəriş alan vətəndaşlar bu dövrdə müqaviləli tibb müəssisələrində 66 860 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 1 597-si uşaqlara, 65 263-ü isə böyüklərə göstərilib.


Sözügedən tibbi xidmətlərdən 21 823-nü oftalmoloji əməliyyatlar, 18 268-ni ürək-damar əməliyyatları, 17 179-nu invaziv radiologiya xidmətləri, 2 702-ni urologiya, 2 443-nü neyrocərrahiyyə, 937-ni travmatologiya, 674-nü ümumi cərrahiyyə, 517-ni lor, 144-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı 693-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 82 və 1 398 olub".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.